Tanınmış jurnalist Fatih Altaylı saxlanılıb - YENİLƏNİB
İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.
***
23:06
Türkiyədə tanınmış jurnalist Fatih Altaylı saxlanılıb.
Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun həyat yoldaşı Hande Altaylı məlumat yayıb.
Fatih Altaylının bu gün axşam saatlarında İstanbulun Şişli rayonundakı evində saxlanıldığı bildirilir.
Altaylının hansı səbəblə saxlandığı haqda heç bir məlumat verilməyib.
Oxşar xəbərlər
Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Terim Bakıya gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Terim: Qurban Qurbanova xüsusi hörmətim var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Birol: Hər kəs bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu gördü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fatih Terim Səudiyyə Ərəbistanının “Əl Şabab”komandasının baş məşqçisi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












