Fatih Birol: Hər kəs bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu gördü
Biz görmüşük ki, enerji silah kimi də istifadə olunur.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.
Fatih Birol deyib ki, son illər baş verənlər fonunda hər kəs bir daha gördü ki, Azərbaycan etibarlı və etimad doğuran bir tərəfdaşdır : “Mən ümid edirəm ki, Azərbaycandan Avropaya qaz ixracı artacaq. Azərbaycanın yaşıl gündəliyi, Qara dənizin dibi ilə çəkiləcək kabel də çox əhəmiyyətli olacaq”.
Oxşar xəbərlər
BMT-nin Cenevrədəki ofisinin baş direktoru: Biz daha inklüziv dünya qura bilərik
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Şimali Makedoniya Prezidenti: Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır
BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













