ABŞ maliyyə naziri Ağ Evdə İlon Maska hücum edib
ABŞ-ın maliyyə naziri Skott Bessent Ağ Evdə amerikalı sahibkar İlon Maska hücum edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti Donald Trampın sabiq müşaviri Stiven Bennona istinadən məlumat yayıb.
Məlumata görə, Tramp və Maskın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransı ərəfəsində tərəflər arasında mübahisə baş verib.
Maliyyə naziri Bessent Maskı büdcəni 1 trilyon dollar azaltmaq vədini yerinə yetirməməkdə ittiham edib və bundan sonra tərəflər arasında qarşıdurma yaranıb.
Qəzet, Ağ Evin mətbuat katibi Kerolayn Livittin də adıçəkilən şəxslər arasında qarşıdurma yaşandığını təsdiqlədiyini yazıb.
Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilir.
Oxşar xəbərlər
İki milyarder Trampın qarşısında bir-birinin üstünə qışqırıblar
İki milyarder Trampın qarşısında bir-birinin üstünə qışqırıb
Tramp İlon Maska xəbərdarlıq edib
Mask xərclərə nəzarət etmək üçün ABŞ Ödəniş Sisteminə giriş əldə edib
KİV: Maskın Ağ evdə ofis açmasna icazə verilməyib, onun Trampa təsiri azaldılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













