ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsini dayandırıb
sizinxeber.az xəbər saytı

ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsini dayandırıb


Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə verilməsi barədə göstəriş verib.

APA xəbər verir ki, bu barədə bazar günü mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, ötən həftə Ağ Evin mətbuat katibi Kerolayn Livitt Dövlət Departamentinə, Xəzinədarlıq Departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətlərə fasilə verilməsini tələb edən direktiv göndərib.

Nəticədə ABŞ prezidenti Donald Trampın İslam Respublikasına maksimum təzyiq göstərmək kampaniyası faktiki olaraq dayanıb.

Livittin müavini Anna Kelli məsələ iləbağlı verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib. Lakin bildirib ki, sanksiya məsələsi ilə bağlı istənilən yeni qərar ya Ağ Ev, ya da müvafiq qurumlar tərəfindən açıqlanacaq.

Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər qoyub. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.

Neftin və İranın dondurulmuş aktivlərinin satışı ilə bağlı əsas məhdudiyyətlərin qüvvədə qalacağı gözlənilir. Bununla belə, Tramp administrasiyasının bəzi rəsmiləri bu pauzanın müddəti və əhatə dairəsi ilə bağlı aydınlıq olmamasından narahatdırlar. Bəzi əməkdaşlar hesab edir ki, bu yanaşmanın məqsədi İranın nüvə proqramı üzrə incə danışıqlar fonunda gələcək məhdudlaşdırıcı tədbirləri diqqətlə təhlil etməkdir, nəşr yazır.

Oxşar xəbərlər

KİV: Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsi barədə göstəriş verib
Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək
Trampın müşavirləri İrana qarşı sanksiyaların sərtləşdirilməsi planı hazırlayır
G7-nin XİN başçıları İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər
ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər