Tramp: Məhkəmənin idxal rüsumlarını bloklaması ABŞ-ın iqtisadi çöküşü olacaq
Əgər ABŞ məhkəmələrinin hakimləri Tramp administrasiyası tərəfindən tətbiq edilən idxal rüsumlarının əleyhinə qərar çıxarsa, bu, ölkənin iqtisadi çöküş demək olacaq.
APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
"Əgər məhkəmələr gözlənilmədən rüsumlarla bağlı bizim əleyhimizə hansısa şəkildə qərar çıxarsa, bu, digər ölkələrə ölkəmizi anti-Amerika rüsumları ilə girov saxlamağa imkan verəcək. Bu, Amerika Birləşmiş Ştatlarının iqtisadi çöküşü demək olacaq", - o yazıb.
Qeyd edək ki, ABŞ Federal Beynəlxalq Ticarət Məhkəməsi çərşənbə günü Trampın idxal rüsumlarının tətbiqi ilə bağlı qərarın icrasını prezidentin səlahiyyətlərindən sui-istifadə etdiyini əsas gətirərək bloklayıb.
Cümə axşamı isə ABŞ-ın Apelyasiya Məhkəməsi gömrük rüsumlarını bloklayan hökmü müvəqqəti olaraq dayandırıb. Ağ Evin mətbuat katibi Kerolayn Livitt qeyd edib ki, ABŞ administrasiyası bu işi ölkənin Ali Məhkəməsinə vermək niyyətindədir.
Oxşar xəbərlər
Tramp idxal rüsumlarının tətbiqində istisna halların ola biləcəyini deyib
ABŞ Federal Məhkəməsi Trampın rüsum tətbiqi ilə bağlı qərarını bloklayıb
Tramp BRİCS ölkələrini 100%-li idxal rüsumları ilə hədələyib
Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Tramp bəzi ölkələrə tətbiq olunan rüsumları 90 gün müddətinə dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
