ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib
sizinxeber.az xəbər saytı

ABŞ Rusiyaya qarşı sərt sanksiyaları gündəmə gətirib


Vladimir Putin sülh danışıqlarını öz razılığı ilə aparmasa Amerika Birləşmiş Ştatları Avropa ilə birlikdə tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.

Sizinxeber.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Skott Bessent prezident Donald Trampın bunu açıq şəkildə ifadə etdiyini deyib.

"Sizə deyə bilərəm ki, Co Bayden administrasiyası dövründə sanksiyalar çox təsirsiz idi. Onlar sanksiyaları aşağı səviyyədə saxladılar. Çünki bunun daxili neft qiymətlərini artıracağından qorxdular.", - Bessent bildirib.

Xatırladaq ki, danışıqlar başlayandan bəri Ağ Ev dəfələrlə Rusiyanın atəşkəsdən və sülh danışıqlarından imtina edəcəyi təqdirdə Moskvanı yeni sanksiyalarla vuracağını bildirib.

Sanksiyalarla bağlı variantlardan biri Rusiyadan ABŞ və digər ölkələrə ixrac edilən istənilən mala yüksək vergilərin tətbiqidir.

Oxşar xəbərlər

Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək
Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb
ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq
Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır
Avropa liderləri: Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər