ABŞ-nin maliyyə naziri: Rusiyaya qarşı yeni sanksiyalara tərəddüdsüz hazırıq
ABŞ Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasında irəliləyişə nail olmaq üçün zəruri olacağı təqdirdə tərəddüd etmədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olacaq.
“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent deyib.
“Hazırkı administrasiya sanksiyaları saxladı və əgər bu, sülh danışıqlarına təsir göstərməyə kömək edərsə, heç bir şeydən çəkinməyəcək”, - o deyib. Nazir bildirib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə dərhal, maksimum effekt əldə etmək üçün sanksiyalardan açıq və aqressiv şəkildə istifadə olunacaq”.
Bessentin sözlərinə görə, ABŞ bununla belə məhdudlaşdırıcı tədbirlərin nəzərdə tutulan məqsədlərinə çatmasını təmin etmək üçün tətbiq olunan məhdudiyyətləri diqqətlə izləyəcək.
Oxşar xəbərlər
İsveçrə Rusiyaya qarşı sanksiyaları genişləndirib
“G7” ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
Rusiya XİN: Qərb Rusiyaya qarşı 20 minə yaxın sanksiya tətbiq edib
Bayden Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













