Tramp impiçmentə cəhd edən konqresmenlərin Konqresdən çıxarılmasını tələb edib
ABŞ Prezidenti Donald Tramp ona qarşı impiçment prosedurunu başlatmağa çalışan Demokrat Partiyasının iki konqresmeninin Konqresdən xaric edilməsini tələb edib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "X" hesabında yazıb.
"Demokratlar həqiqətən də nəzarətdən çıxıblar. Onlar hər şeyi, xüsusən də ağıllarını itiriblər! Bu radikal solçu axmaqlar “impeçment”ə başlamaq istəyirlər. İki naməlum və hörmətsiz konqresmen, iyirminci dəfə Donald Trampın “impiçment edilməsi” məsələsini qaldırırlar. Halbuki bunun səbəbi barədə özləri də bir şey bilmirlər", – deyə Tramp qeyd edib.
Tramp, Demokratları "ağlını itirmiş və nəzarətdən çıxmış" adlandıraraq, bu təşəbbüslərin siyasi təxribat xarakteri daşıdığını vurğulayıb.
Oxşar xəbərlər
Cənubi Koreya prezidenti impiçmentdən yayınıb
Gürcüstan parlamentində Zurabişvilinin impiçmenti yenidən müzakirə ediləcək
Gürcüstan parlamentində Zurabaşvilinin impiçmenti yenidən müzakirə ediləcək
Tramp: Çin ABŞ-la sövdələşmə istəyir, Pekindən zəng gözləyirik
Tramp: Çin sonda ABŞ-la ticarət sazişi imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












