KİV: Tramp Harvardın daha 1 milyard dollarını kəsmək niyyətindədir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
apr
2025
08:30

KİV: Tramp Harvardın daha 1 milyard dollarını kəsmək niyyətindədir

21 apr, 2025
08:30
419

KİV: Tramp Harvardın daha 1 milyard dollarını kəsmək niyyətindədir

Tramp administrasiyası Harvard universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır. Buna səbəb məktəbin siyasətini dəyişməkdən imtina etməsidir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, universitetin tibbi tədqiqatları üçün ayrılan federal maliyyə dayandırılacaq.

Bundan əvvəl Harvard universitetinin prezidenti Alan Qarber bildirib ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.

Bizimlə əlaqə saxlayın