ABŞ yaxın illərdə neft və qaz hasilatını artıra bilər
sizinxeber.az xəbər saytı

ABŞ yaxın illərdə neft və qaz hasilatını artıra bilər


Enerji tələbatının artacağı gözlənildiyi üçün ABŞ yaxın bir neçə il ərzində neft və təbii qaz hasilatını artırmağa hazırlaşır.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın enerji naziri Kris Rayt Əbu-Dabidə keçirdiyi mətbuat konfransında bildirib.

“Yaxın illərdə ABŞ-da neft və qaz tələbatının kəskin şəkildə artdığını görəcəyik və bu, hasilatın da artmasına səbəb olacaq”, – deyə nazir qeyd edib.

Kris Rayt həmçinin qlobal bazarda neft və təbii qazın qiymətlərinin tədricən enəcəyini proqnozlaşdırdığını bildirib. Bununla belə, ABŞ hökuməti hesab edir ki, hasilatın maya dəyərinin azaldılması sayəsində karbohidrogen istehsalçıları mövcud gəlirlilik səviyyəsini qoruyub saxlaya biləcəklər.

Oxşar xəbərlər

ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Donald Trampın energetika naziri vəzifəsinə namizədi Kris Rayt təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp energetika naziri vəzifəsinə namizədinin adını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
OPEC+ ölkələri apreldən neft hasilatını artırmağa başlayacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər