Tramp husilərə görə İranı hədələyib: nəticələri çox ağır olacaq
ABŞ Prezidenti Donald Tramp husilərə görə İranı hədələyib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, “husilər tərəfindən atılan hər bir güllə bu andan etibarən İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”.
“Heç kim aldanmasın! Yəməndə yaşayan, Yəmən xalqının nifrət etdiyi husilər, məhbuslar və quldurların həyata keçirdiyi yüzlərlə hücumun hamısı İrandan qaynaqlanır. Husilərin növbəti hücumu və ya cavabı böyük güclə qarşılaşacaq, bu qüvvənin orada dayanacağına zəmanət yoxdur. Husilərin atdığı hər bir güllə bu andan etibarən İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək. Buna görə İran məsuliyyət daşıyacaq, nəticələrini çəkəcək və bunun nəticələri çox ağır olacaq!”, - o qeyd edib.
Oxşar xəbərlər
Tramp: ABŞ-nin İsraillə birgə İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Tramp orduya husilərə qarşı əməliyyatlara başlamaq əmri verib
ABŞ İranı hədələyib
ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













