KİV: Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzərində çalışır
sizinxeber.az xəbər saytı

KİV: Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzərində çalışır


ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilərmi?

ABŞ Prezidenti Donald Trampın müşavirləri Rusiya neftinin satış qiymətlərinə qoyulan məhdudiyyətlər də daxil olmaqla, bu ölkəyə qarşı sanksiyaların yumşaldılması variantları üzərində çalışır.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” məsələdən xəbərdar olan mənbələrinə istinadən məlumat yayıb.

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti müzakirələrini dayandırıb

Qeyd edilib ki, hazırda ABŞ-də Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı məsələnin müzakirəsi dayandırılıb. Bu səbəbdən Böyük Britaniya və Fransa bu istiqamətdə müvafiq təklifləri nəzərdən keçirir.

Mənbə həm də bu həftə ərzində yuxarıda adları çəkilən ölkələrin müdafiə nazirlərinin Ukrayna məsələsini müzakirəyə çıxaracağını açıqlayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları 2014-cü ildən tətbiq etməyə başlayıb. 2017-ci ildə bu ölkənin müdafiə və energetika sahələrinə məhdudiyyətləri nəzərdə tutan CAATSA qanunu qəbul edilib. Sonradan sanksiya siyahısı ümumilikdə 28 dəfə genişləndirilib.

Oxşar xəbərlər

Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
ABŞ nümayəndə heyəti Dəməşqdə Suriyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə edib
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB
Trampın müşavirləri İrana qarşı sanksiyaların sərtləşdirilməsi planı hazırlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər