Tramp: "Dəmir qübbə" sistemi 60 gün ərzində hazırlanmalıdır - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə 60 gün ərzində "Dəmir qübbə" ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bazar ertəsi dərc etdiyi fərmanda deyilir.
"Ballistik, hipersəs və qanadlı raketlər, eləcə də digər müasir hava hücumu təhlükəsi vasitələri ABŞ-nin üzləşdiyi ən fəlakətli təhdid olaraq qalır", - sənəddə qeyd olunub.
Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.
ABŞ Prezidenti Donald Tramp “Dəmir qübbə” milli raketdən müdafiə sisteminin hazırlanması haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəd Floridadan Merilend ştatına uçuş zamanı imzalanıb.
Yanvarın 20-də andiçmə mərasimində Tramp bildirmişdi ki, qeyd olunan sistem ölkə daxilində istehsal olunacaq.
“Mən hərbiçilərimizə tam şəkildə ABŞ-də istehsal olunacaq böyük “Dəmir qübbə” raketdən müdafiə qalxanının hazırlanmasına başlamaq əmrini verəcəyəm”, – o bildirib.
Oxşar xəbərlər
Tramp ABŞ-də “Dəmir qübbə” sisteminin hazırlanması haqqında fərman imzalayıb
Tramp ABŞ-də “Dəmir qübbə”yə bənzər sistemin yaradılması haqqında fərman imzalayacaq
Tramp “Dəmir günbəz” müdafiə sisteminin qurulmasına dair sərəncam imzalayıb
Almaniyada İsrailin “Arrow 3” raketdən müdafiə sisteminin yerləşdirilməsinə hazırlıq gedir
Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













