KİV: Putin Trampın İranla nüvə danışıqlarında vasitəçilik etmək istəyi ilə razılaşıb
Tramp Putindən İranın nüvə danışıqlarında vasitəçi olmasını istəyib.
APA xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat verib.
Rusiya-Tramp administrasiyası əməkdaşlığı: İranla dialoq üçün yeni kanallar
Rusiya ABŞ Prezidenti Donald Trampın administrasiyasına nüvə məsələləri və regional proksilərlə bağlı İranla əlaqə kanallarının yaradılmasında kömək etməyə razılaşıb.
Tramp fevralın 12-də telefon danışığında bununla bağlı fikrini birbaşa Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Geosiyasi müzakirələr: ABŞ və Rusiya rəsmilərinin Səudiyyə Ərəbistanındakı görüşləri
Məlumata görə, bununla bağlı müzakirələr Tramp və Putinin telefon danışığından sonra Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında görüşlər zamanı aparılıb.
Kremlin sözçüsü Dmitri Peskov “Bloombergə” bildirib ki, ABŞ və İran danışıqlar aparmalıdır, onlar kömək etməyə hazırdırlar: “Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır”.
Moskvanın vasitəçilik rolu: ABŞ-İran danışıqlarına təsiri
“Bloomberg”in məlumatına görə, nə Rusiya, nə də İran bu sorğunu açıq şəkildə təsdiq və ya təkzib edib. Ağ Ev rəsmiləri isə məsələ ilə bağlı hələ ki şərh verməyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ötən gün keçirdiyi mətbuat konfransında Rusiyanın potensial vasitəçiliyi ilə bağlı suala cavab olaraq bildirib ki, ölkələrin yardım təklif etməsi təbiidir.
Oxşar xəbərlər
Kreml: Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Tramp və Putin arasında telefon danışığı baş tutub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp-Putin görüşü fevralın sonuna qədər baş tutacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Tezliklə Tramp-Putin görüşü ilə bağlı iş başlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












