sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp: Zelenski ABŞ-yə hörmətsizlik etdi, o, sülhə hazır deyil, hazır olanda qayıda bilər
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı yaranan mübahisəyə münasibət bildirib.
APA xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə yazıb.
“Bu gün Ağ Evdə çox vacib görüşümüz oldu. Belə vəziyyətlərdə emosiyaların özünü necə büruzə verməsi təəcüblüdür və mən belə qənaətə gəldim ki, prezident Zelenski ABŞ-ın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o hesab edir ki, bizim iştirakımız danışıqlarda ona əhəmiyyətli üstünlük verir. Mən üstünlüklər istəmirəm, sülh istəyirəm. O, müqəddəs Oval Ofisdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olduqda geri qayıda bilər”, - Zelenski bildirib.
Oxşar xəbərlər
Zelenski Tramp və Makronla görüşüb
Tramp: Zelenski ABŞ və Rusiya arasında aparılacaq danışıqlarda iştirak edəcək
Donald Tramp Ağ Evdə Volodimir Zelenski ilə görüşüb - VİDEO
Tramp gələn həftə Zelenski ilə görüşə bilər
Zelenski: Ukrayna müharibəni bitirmək üçün ərazilərindən imtina etməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













