sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağ Ev: Putin və Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb
Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüş hələ ki, planlaşdırılmayıb.
Sizinxeber.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Hələ hər hansı bir görüş planlaşdırılmayıb. Əgər belə bir görüş planı olsa, prezident özü ictimaiyyətə bu barədə məlumat verəcək", deyə mətbuat katibi bildirib.
O, həmçinin Rusiya Federasiyası və ABŞ prezidentləri arasında fevralın 12-də baş tutan telefon söhbətindən danışarkən Trampın sözlərinə istinad edərək Moskva və Kiyevin sülh və “hamı üçün iqtisadi rifah” naminə çalışdıqlarını deyib.
Oxşar xəbərlər
Kreml: Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər
Rusiya və ABŞ Putin-Tramp görüşünün təşkilini hələ müzakirə etməyib
Peskov: Putinlə Paşinyanın görüşü planlaşdırılmayıb
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









