Kreml: Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər
sizinxeber.az xəbər saytı

Kreml: Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər


Rusiya dövlət başçısı Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşünə hazırlaşmaq üçün vaxt lazımdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin-Tramp görüşü fevralın sonuna kimi də, gec də baş tuta bilər.

Kremlin sözçüsü qeyd edib ki, “Rusiya ilə ABŞ arasında münasibətlərin əvvəlcə reanimasiyasına, sonra isə bərpasına ehtiyac olacaq”.

“ABŞ ilə münasibətlərin bərpasında ilk addım atılıb, nəticə çıxarmaq isə hələ tezdir, amma əhval-ruhiyyə işgüzardır. Rusiya Federasiyası və ABŞ dünən ilk növbədə öz münasibətlərini müzakirə ediblər. Ölkələr arasında münasibətlərdə hər şeyi bir gündə düzəltmək mümkün deyil”, - Peskov vurğulayıb.

Oxşar xəbərlər

Kreml: Putin Trampla heç bir şərt olmadan görüşməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Moskva hələ də Putin və Trampın təmasları ilə bağlı ABŞ-dən siqnal almayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Putin və Trampın görüşü fevralın sonunda baş tuta bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Putin Trampla təmaslara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml: Tezliklə Tramp-Putin görüşü ilə bağlı iş başlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər