ABŞ Dövlət Departamenti 6 media orqanına abunəlikləri ləğv edir
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət Departamenti 6 media orqanına abunəlikləri ləğv edir


ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.

Sizinxeber.az xəbər verir ki, bu haqda “Washington Post” qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.

Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times”, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters” kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.

Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.

Oxşar xəbərlər

Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir
Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir
UEFA Avropa Liqasının oyunları keçirilib
Media nümayəndələri “Bakcell”in “Formula 1” stendini ziyarət ediblər - FOTOLENT
“İlin ən yaxşı prokuroru” mükafatı təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər