Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir
Bu gün İtaliyada keçirilən 50-ci Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir.
APA xəbər verir ki, yubiley forumunda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısı “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib, moderatorun suallarını cavablandırıb, mühüm mesajlar verib.
Beynəlxalq Çernobbio Forumu və Azərbaycan liderinin çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzində olub.
“Reuters”, “Bloomberg”, “Financial post” və digər nüfuzlu media qurumları həm Beynəlxalq Çernobbio Forumuna, həm də Prezident İlham Əliyevin forumda müxtəlif mövzularda səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
Bundan başqa, dövlət başçısının forumda səsləndirdiyi mühüm bəyanatlar Rusiyanın “Tass”, “Ria Novosti”, “İnterfax” və onlarla media orqanında, Türkiyənin “Anadolu Agentliyi”, TRT, “Star”, “Yeni Şafak” kimi tirajlı KİV-ində, habelə Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrin mətbuatında ətraflı işıqlandırılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
