Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub
sizinxeber.az xəbər saytı

Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub


Cümə axşamı Alyaska üzərində radarlardan itən “Bering Air” təyyarəsində olan 10 nəfərin hamısı həlak olub.

Sizinxeber.az xəbər verri ki, bu barədə cümə günü “Associated Press” ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Unalaklitdən Noma uçan təyyarənin göyərtəsində 9 sərnişin və bir pilot olub.

ABŞ-ın NBC televiziya şirkəti, təyyarənin qalıqlarının Nom şəhərindən 34 mil (54,7 km) cənub-şərqdə aşkar edildiyi xəbərini yayıb.

Qeyd edək ki, bu, iki həftədən az müddətdə ABŞ-da baş verən artıq üçüncü ciddi aviaqəzadır.

Oxşar xəbərlər

KİV: Alyaskada itkin düşmüş təyyarədə olan bütün sərnişinlər ölüb
Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib - VİDEO
Vaşinqtonda qəzaya uğrayan təyyarənin qara qutuları Potomak çayından çıxarılıb
Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər