Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub - YENİLƏNİB


Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

APA xəbər verir ki, bu barədə Rusiyanın operativ qurumları məlumat yayıb.

Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan Mi-8 helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.

***

11:42

Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Helikopterin qəzaya uğradığı açıqlanıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Oxşar xəbərlər

Rusiyada göyərtəsində 22 nəfərin olduğu helikopter qəzaya uğrayıb, helikopterin qalıqları tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada göyərtəsində 22 nəfər olan helikopter radarlardan itib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada Mi-28 helikopteri qəzaya uğrayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yakutiyada qəzaya uğrayan helikopterin pilotu və sərnişinləri həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər