sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağ Ev: ABŞ Qəzzaya qoşun göndərməyəcək
Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək və amerikalı vergi ödəyiciləri hesabına Fələstin anklavının bərpasını maliyyələşdirmək niyyəti yoxdur.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.
“Prezident Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirdi. Onun belə bir niyyəti yoxdur və o, Amerika vergi ödəyicilərinin bu səyləri maliyyələşdirməyəcəyini də açıq şəkildə bildirdi. Prezident elə bir sövdələşməyə çalışır ki, Qəzza əslində sülh içində yaşamaq istəyən insanlar üçün real iqtisadi inkişaf məkanına çevrilsin”, Ağ Ev rəsmisi bildirib.
Oxşar xəbərlər
Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək
Pentaqon: ABŞ hazırda Qəzzaya qoşun göndərməkdən çox uzaqdır
Ağ Ev: Tramp Qəzzaya ordu göndərmək öhdəliyi götürməyib
İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzzaya səfərinə icazə verməyib
Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








