Rubio Vaşinqtonun Çinin əleyhinə yeni tədbirlər görəcəyini istisna etmir
sizinxeber.az xəbər saytı

Rubio Vaşinqtonun Çinin əleyhinə yeni tədbirlər görəcəyini istisna etmir


ABŞ Çinə qarşı əlavə rüsumlar tətbiq etməklə kifayətlənməyə və Pekinə qarşı yeni sanskiyalar tətbiq edə bilər.

APA xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

“Fox News” müxbirinin Çinin ABŞ Prezidenti Donald Trampın artıq elan etdiyi rüsumlardan başqa bir şey gözləməli olub-olmaması ilə bağlı sualına o, "Bəli, əlbəttə" deyə cavab verib.

Rubio bildirib ki, əgər Çin fırıldaq və oğurluq etməyə davam edərsə, yeni addımlar atılacaq.

Qey edək ki, Trampın fevralın 1-də imzaladığı Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiq edilməsi haqqında sərəncamına əsasən Çindən gələn mallara 10% əlavə rüsum tətbiq edilir.

Oxşar xəbərlər

ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB
ABŞ Kanadaya ciddi xəbərdarlıq edib
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
ABŞ-ın əsas tərəfdaşları Trampın tarif məhdudiyyətlərinə cavab verib
Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər