ABŞ-də “TikTok” bağlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ABŞ-də “TikTok” bağlanıb - YENİLƏNİB


ABŞ-də “TikTok” bağlanıb.

APA xəbər verir ki, ABŞ-də 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün ABŞ-də fəaliyyətini dayandırıb.

***

saat 02.12

“TikTok”, prezident Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qadağasından sonra yanvarın 19-da ABŞ-dakı fəaliyyətini dayandırır.

APA xəbər verir ki, bu həftə ABŞ-də təqribən 170 milyon istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin onun və onun tərəfdaşları üçün cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün ABŞ-də fəaliyyətini dayandıracağını açıqlayıb.

“TikTok” istifadəçilərinin bazar günü xidmətə girişinin kəsiləcəyi və mobil tətbiqin “Apple” və “Google” tətbiq mağazalarından silinəcəyi gözlənilir, çünki ABŞ qanunlarına görə Ədliyyə Departamenti onları və hostinq provayderlərini bir istifadəçi üçün 5000 dollar cərimələmək hüququna malik olacaq.

Bununla belə, qadağa və cərimələr istifadəçilərin özlərinə şamil edilmir. Bu da amerikalılara VPN xidmətlərindən istifadə edərək proqrama girişi təmin etmək imkanı verir.

Oxşar xəbərlər

Bayden hökumətinin qadağasına görə “TikTok” ABŞ-də bağlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok” ABŞ-də fəaliyyətini dayandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“TikTok” Ağ evə çağırış edib: Aydınlıq gətirilməsə, ölkədəki fəaliyyətimizi dayandıracağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polis əxlaqsızlığı təbliğ edən TikTok-ləri saxlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər