“TikTok” Ağ evə çağırış edib: Aydınlıq gətirilməsə, ölkədəki fəaliyyətimizi dayandıracağıq
“TikTok” bazar günü Cozef Bayden administrasiyası və Ədliyyə Nazirliyindən qüvvəyə minməli olan qadağa barədə daha aydın məlumat almasa, fəaliyyətini dayandırmağı planlaşdırdığını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə servisin “X” bildirilib.
“Bu gün (yanvarın 17-də – red.) həm Baydenin Ağ evi, həm də Ədliyyə Nazirliyi tərəfindən verilmiş bəyanatlar 170 milyondan çox amerikalı üçün “TikTok”un əlçatanlığını təmin etməkdə mühüm rol oynayan xidmət təchizatçılarına lazımi aydınlıq və zəmanətlər verə bilməyib”, – şirkət açıqlayıb.
Servis yanvarın 19-da ABŞ-dəki fəaliyyətini dayandıra biləcəyini vurğulayıb: “Bayden administrasiyası ən vacib xidmət təchizatçılarını təmin etmək üçün tədbirlərin tətbiq edilməyəcəyinə dair dərhal yekun bəyanat verməsə, təəssüf ki, “TikTok” yanvarın 19-da fəaliyyətini dayandırmağa məcbur olacaq”.
Xatırladaq ki, daha əvvəl ABŞ Ali Məhkəməsi “TikTok”un Çinin ana şirkəti “ByteDance”ə satılmasını və ya ölkədə tamamilə qadağan edilməsini tələb edən qanunu təsdiqləmişdi.
Oxşar xəbərlər
ABŞ Ali Məhkəməsi milli təhlükəsizlik təhdidi ilə əlaqədar "TikTok" qadağasını təsdiqləyib
ABŞ Ali Məhkəməsi "TikTok"u qadağan edən qanunu təsdiqləyib
Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər
ABŞ-nin yeni prezidenti ölkədə “TikTok”un bloklanmasının tərəfdarı deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
