Müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Tramp ABŞ-ın NATO-dan çıxmasına icazə verib
sizinxeber.az xəbər saytı

Müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Tramp ABŞ-ın NATO-dan çıxmasına icazə verib


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Şimali Atlantika Alyansından çıxma ehtimalını istisna etməyib.

APA xəbər verir ki, o, bu barədə NBC News-a müsahibəsində bildirib.

Tramp ABŞ-ın NATO-da üzvlüyünü saxlamaqla bağlı suala belə cavab verib: “Əgər onlar hesablarını ödəsələr, təbii ki, üzvlülük saxlanılacaq”.

O vurğulayıb ki, müttəfiqlərin maliyyə öhdəliklərini yerinə yetirməsi Vaşinqtonun alyansda davamlı iştirakının əsas şərti olacaq.

Qeyd edək ki, Tramp 2025-ci il yanvarın 20-də prezident kimi fəaliyyətə başlayacaq.

Oxşar xəbərlər

Baydenlə Tramp arasında görüş olacaq
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Tramp Ağ Evə gələrək Baydenlə görüşüb
Tramp: ABŞ İranla dost olacaq
Tramp: Demokratlar ABŞ-ni III Dünya Müharibəsinə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər