Trampın komandası Kim Çen Inla birbaşa danışıqların mümkünlüyünü qiymətləndirir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yeni diplomatik təkan çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla birbaşa danışıqların aparılması imkanını nəzərdən keçirir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, bu səylər silahlı qarşıdurma riskini azalda bilər.
Agentliyin mənbələri vurğulayıb ki, Trampın əsas məqsədi Vaşinqton və Pxenyan arasında əsas kommunikasiya kanallarını bərpa etməkdir. Lakin gələcək siyasi əlaqələr və onların qrafiki hələ qurulmayıb.
Materialda həmçinin deyilir ki, Şimali Koreya ilə birbaşa məsləhətləşmələrin təşkili Vaşinqtonun Yaxın Şərq və Ukraynadakı problemləri səbəbilə arxa plana keçə bilər.
Oxşar xəbərlər
Reuters: Tramp KXDR lideri ilə birbaşa danışıqlar aparmağı düşünür
Şoyqu Şimali Koreyada Kim Çen Inla görüşüb
Ağ Ev: Şimali Koreya Trampın andiçmə mərasimindən öncə nüvə sınağı keçirə bilər
Reuters: Trampın komandası işdən çıxarılacaq Pentaqon zabitlərinin siyahısını hazırlayır
Azərbaycandan Cənubi Kiprə birbaşa aviareys açıldığı barədə yunan mətbuatının yaydığı məlumat feykdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













