Braziliyada prezidentə sui-qəsd iddiası ilə 5 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Braziliyada prezidentə sui-qəsd iddiası ilə 5 nəfər saxlanılıb


Braziliya polisi prezident Luiz İnasio Lula da Silvanı öldürməyi və hökuməti devirməyi planlaşdırdığı iddiası ilə 4 hərbçi və bir polis məmurunu həbs edib.

Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Aleksandra De Moraes, xüsusi təyinatlı qüvvələrdə təlim görmüş 4 hərbçi və yüksək rütbəli bir polis məmurunun dövlət çevrilişi planlaşdırdığı iddiası ilə həbs edildiyini açıqlayıb.

"Onlar seçilmiş hökumətin vəzifəyə başlamasının qarşısını almaq, demokratiyanın sərbəst şəkildə həyata keçirilməsinə mane olmaq və Braziliya məhkəmə sisteminin nüfuzunu sarsıtmaq istəyirdilər", - deyə De Moraes bildirib.

Saxlanılan şəxlərin prezident seçilmiş Lula da Silvanı, həmçinin vitse-prezident Geraldo Alkmini və Ali Məhkəmənin hakimi De Moraesi öldürməyi planlaşdırdığı qeyd olunur.

Hüquq mühafizə orqanları mənbələrindən verilən məlumata görə, G20 Liderlər Sammitinin təhlükəsizlik missiyasında xidmət edən şübhəlilər Rio-de-Janeyro şəhərində yaxalanıb.

Oxşar xəbərlər

Dövlət başçısı İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Braziliyada Lavrovun təyyarəsinə yanacaq doldurmaqdan imtina edilib
"Fənərbaxça"-"Qalatasaray" derbisinin baş hakimi məlum olub
Mingəçevirdə vətəndaşları işə düzəltmək və digər vədlərlə aldadan şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər