ABŞ İrana hücum etməkdən imtina etmək qarşılığında İsrailə təzminat təklif edib
ABŞ İsrailə edilən hücuma cavab olaraq İran ərazisindəki bir sıra hədəflərə hücumdan imtina edəcəyi təqdirdə İsrailə təzminat ödəməyi təklif edib.
APA xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti xəbər verib.
"Danışıqlar zamanı amerikalı rəsmilər israilli həmkarlarına geniş diplomatik dəstək və əlavə hərbi yardım təklif ediblər", - deyə nəşrin məlumatında bildirilir.
Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, İsrail ABŞ-la məsləhətləşmələr aparsa da Tehranın təcavüzünə konkret necə cavab verəcəyinə qərar vermək hüququnu özündə saxlayır.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant lazım gələrsə, İranın nüvə obyektlərinə zərbələr endirməyə hazır olması barədə danışıb. Onun sözlərinə görə, ölkə yaxın və uzaq məsafədən hədəfləri vurmaq imkanlarına malik olduğunu sübut edib.
Oxşar xəbərlər
Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
Kamala Harris: İran təkcə İsrail üçün, ABŞ maraqları üçün də təhlükədir
Kamala Harris: İran təkcə İsrail üçün yox, ABŞ-nin maraqları üçün də təhlükədir
KİV: İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır
Blinken İsrailə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











