"Respublikaçılar" ABŞ-də Prezident seçkisinin nəticələrinin ləğvinə icazə verilməsini tələb edir
sizinxeber.az xəbər saytı

"Respublikaçılar" ABŞ-də Prezident seçkisinin nəticələrinin ləğvinə icazə verilməsini tələb edir


“Respublikaçılar” partiyası ABŞ-də keçiriləcək prezident seçkisində qanun pozuntuları aşkarlanarsa, məhkəməyə müraciət olunmasına icazə verməyi tələb edib.

Sizinxeber.az-nın “Reuters”ə istinadən məlumatına görə, bu təşəbbüsü partiyanın namizədi, eyni zamanda ABŞ-nin 43-cü Prezidenti Donald Tramp irəli sürüb.

O da qeyd olunub ki, hazırda 26 ştatda bu məsələ ilə bağlı 120-dən çox iddiaya baxılır.

Əsas tələblər arasında seçicilərin qeydiyyatının məhdudlaşdırılması, Miçiqanda bülletenlərin poçt vasitəsilə daşınması, səyyar seçki məntəqələrinin təşkilinin dayandırılması, eləcə də vətəndaşlığı olmayan miqrantların adlarının seçici siyahısından çıxarılması üstünlük təşkil edir.

Çoxsaylı iddia ərizələrində ştatlardakı məmurlar tərəfindən pozuntular aşkarlandığı halda nəticələrin məhkəmə qərarı ilə ləğvinə icazə verilməsi də tələb olunur.

Oxşar xəbərlər

KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Elmar Məmmədov: İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulub
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
Donald Tramp Kamala Harrislə ikinci debatdan imtina edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər