Bayden: Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq
sizinxeber.az xəbər saytı

Bayden: Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq


Bu gün ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında görüş keçirilib.

APA xəbər verir ki, Ağ Evin mətbuat xidmətinin cümə günü yaydığı bəyanatda tərəflərin Ukraynadakı vəziyyəti, İran və Şimali Koreyaya aid edilən silah yükünün Rusiyaya tədarükü, Çinin Rusiyanın müdafiəsinə dəstəyi ilə bağlı iddialar, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar və Qəzza zolağında mümkün qədər tez atəşkəs razılaşmasının əldə olunmasının zəruriliyi kimi məsələləri müzakirə etdiyi bildirilib.

Görüş zamanı Bayden və Starmer həmçinin Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını pisləyib.

Bundan əlavə tərəflər, ABŞ və Böyük Britaniya arasında AUKUS alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi tərəfdaşlığı) çərçivəsində əməkdaşlığı, o cümlədən iqtisadiyyat, təmiz enerji və yüksək texnologiyalar sahəsindəki əməkdaşlıqları müzakirə ediblər.

Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Bayden, Ukraynanın Rusiyanın təcavüzündən müdafiə olunmağa çalışdığı halda, ABŞ-ın Böyük Britaniya ilə birlikdə Ukraynaya dəstək verdiyini deyib. Daha sonra o, "Aydındır ki, Putin bu müharibədən qalib çıxmayacaq, Ukrayna qalib çıxacaq", - deyə sözlərini yekunlaşdırıb.

Oxşar xəbərlər

Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və İrlandiya baş nazirləri Dublində görüşüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken İsrailə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Britaniya Baş naziri ilə Ukraynanın Rusiyanı uzaq mənzilli silahlarla vurması imkanını müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər