Kirbi: HƏMAS-ın danışıqlara qoşulmasına ehtiyacımız var
Con Kirbi Qəzza zolağı ilə bağlı Qahirədə başlayan atəşkəs danışıqlarına HƏMAS-ın da daxil edilməsinin vacibliyini vurğulayıb.
Sizinxeber.az xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıqların konstruktiv keçdiyini və müəyyən irəliləyişlərin əldə edildiyini bildirib.
Qeyd edək ki, danışıqlarda İsrail, ABŞ, Misir və Qətər rəsmiləri iştirak edir. ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi sazişi üzrə danışıqlar davam edir.
“Biz buradayıq. Onlar da Qahirədədirlər. HƏMAS-ın danışıqlara qoşulmasına və məsələlərdə dərinə enməyə ehtiyacımız var. Yaxın günlərdə və həftə sonu boyunca buna fokuslanacağıq”, - deyə Kirbi bildirib.
Oxşar xəbərlər
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Ağ Ev: İran İsrailə bu həftə cavab verə bilər
KİV: Dohada Qəzza üzrə danışıqlarda irəliləyiş əldə olunub
ABŞ Dohada Qəzza üzrə danışıqların sabaha kimi davam edəcəyini gözləyir
Ağ Ev Qəzza üzrə danışıqların uğursuzluğa düçar olduğunu inkar edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













