ABŞ Dohada Qəzza üzrə danışıqların sabaha kimi davam edəcəyini gözləyir
Ağ Ev bu gün Qətərdə Qəzza zolağında atəşkəs üzrə danışıqları “ümidverici bir başlanğıc” kimi qiymətləndirib, lakin bununla belə, əməliyyatın dərhal başa çatacağını gözləmədiklərini bildirib.
Sizinxeber.az AFP-yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Kirbi Dohada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iştirakı ilə danışıqların başladığını təsdiqləyib.
“Hələ görüləsi çox iş var. Mürəkkəbliyi nəzərə alaraq, bugünkü danışıqların nəticələrinə əsasən razılaşmanın əldə olunacağını gözləmirik”, - qeyd edib.
Kirbi onu da əlavə edib ki, Ağ Ev Dohada danışıqlarının sabaha kimi davam edəcəyini gözləyir.
Oxşar xəbərlər
Ağ Ev: İran İsrailə bu həftə cavab verə bilər
Ağ Ev: İran İsrailə hücum niyyətindən geri çəkilməyib
Dohada Qəzzada atəşkəs üzrə danışıqlar başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
