ABŞ İsrail və İrana gərginliyi artırmamaqla bağlı xəbər göndərib
“ABŞ müttəfiqləri ilə birlikdə İsrail və İrana birbaşa mesaj göndərib ki, heç kim gərginliyi daha da artırmasın.”
APA TASS-a istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Biz Yaxın Şərqdə gərginliyin azaldılması və münaqişənin genişlənməsinin qarşısını almaq üçün intensiv işləməyə davam edirik. Son bir neçə gün ərzində biz regionda və onun hüdudlarından kənarda olan tərəfdaşlarla daimi təmasda olmuşuq”, - deyə o, Merilend ştatının Annapolis şəhərində keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin ABŞ-ın İsrailin təhlükəsizliyini təmin etməyə hazırlığının dəyişməz olaraq qaldığını vurğulayıb.
"Biz , əsgərlərimizi qorumağa davam etdiyimiz kimi İsraili də terrorçuların və onların havadarlarının hücumlarından müdafiə etməyə davam edəcəyik", deyə Blinken bildirib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
