Zelenski və Avropa liderləri sabah Tramp ilə görüşə yollanacaqlar
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə birlikdə Vaşinqtona gedəcək.
Sizinxeber.az xəbər bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, Tramp ilə görüş üçün Vaşinqtona həmçinin Almaniya kansleri Fridrix Mers və İtaliyanın Baş naziri Corca Meloni də gələcək. Bundan əlavə, Fransanın Prezidenti Emmanuel Makron və Finlandiya Prezidenti Aleksandr Stubb da iştiraklarını təsdiqləyiblər.
Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, görüşə NATO Baş katibi Mark Rütte də qatılacaq.
Bild nəşrinin məlumatına görə, böyük ehtimalla Böyük Britaniyanın Baş naziri Kir Starmerdə Vaşinqtona yollanacaq.
Oxşar xəbərlər
KİV: Tramp-Zelenski görüşündə İtaliyanın baş naziri ilə Finlandiya prezidenti də iştirak edə bilər
Tramp: Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır - YENİLƏNİB-2
Almaniya kansleri Avropa liderləri ilə birlikdə Vaşinqtona səfər edəcək
İtaliyanın Baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər
Tramp Zelenski, Aİ və NATO liderlərini Putinlə danışıqlar barədə məlumatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












