Tramp: Rusiyaya qarşı ən sərt mövqeyi mən nümayiş etdirmişəm
“O vaxt Rusiyanın Ukraynaya hərbi müdaxiləsində Hillari Klintonu günahlandırırdılar. O hətta bizim hədəfimizə də düşmüşdü. Sonra mən dedim ki, keçmiş dövlət katibi və eks-prezidentin həyat yoldaşına qarşı bunu etmək olmaz”.
Sizinxeber.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hərbi müdaxiləsində bilavasitə keçmiş dövlət katibi Hillari Klintonun rolu ilə bağlı sualı cavablandırarkən belə deyib.
O söyləyib ki, həmin ittihamlara cavab olaraq şəxsən özü H. Klintonu bu məsələdə məsuliyyətdən azad edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bundan sonra həmin ittihamlar onun özünə qarşı istiqamətlənib: “Bu, ölkəmizin tarixində ən böyük qalmaqal ola bilər. Rusiyaya qarşı ən sərt mövqeyi mən nümayiş etdirmişəm. Onların qaz kəmərinin qarşısını kəsmişəm. Heç kimin bundan xəbəri yox idi. Bayden gələn kimi bu qərarı dəyişdi”.
Oxşar xəbərlər
Bayden Hillari Klintonu və Lionel Messini medalla təltif edəcək
Blinken həmkarına Çinin Rusiyaya verdiyi hərbi dəstəyə görə narahatlığını bildirib
Kreml Trampın “rusiyapərəst” olması ittihamları ilə razı deyil
Donald Tramp Ukrayna ilə sülhün bərqərar olması üçün Rusiyaya 10 gün vaxt verib
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













