sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Amerikalı senator: ABŞ İrana qoşun göndərməyəcək
“ABŞ İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra bu ölkədə quru əməliyyatı planlaşdırmır.”
APA xəbər verir ki, bunu Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Cim Riş deyib.
"Prezident Donald Tramp İranın nüvə proqramını dayandırmaq səylərində İsrailə kömək etmək üçün bu gün qəti addımlar atdı. Yalnız ABŞ silahları bunu etməyə qadir idi. Bu, ABŞ, İsrail və bütün dünyanı daha təhlükəsiz etdi", - senator qeyd edib.
O vurğulayıb ki, uzun sürən müharibədən söhbət getmir. "Bu, sonsuz müharibənin başlanğıcı deyil. İranda Amerika əsgərləri olmayacaq", - Riş əlavə edib.
Oxşar xəbərlər
Kamala Harris: İran təkcə İsrail üçün, ABŞ maraqları üçün də təhlükədir
Kamala Harris: İran təkcə İsrail üçün yox, ABŞ-nin maraqları üçün də təhlükədir
ABŞ senatoru deyir ki, Harris Baydendən daha çox xaosa səbəb ola bilər
KİV: Tramp Netanyahuya İrana qarşı hərbi əməliyyatlara qarşı olduğunu deyib
Pezeşkian: İsrailə raket zərbələri ölkənin "qanuni hüquqlarına" əsaslanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













