Vens Britaniya ordusunu ələ saldı – Sərt reaksiya aldı
Böyük Britaniyanın kölgə müdafiə naziri və digər deputatları ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ukrayna üçün təklif olunan ingilis-fransız sülhməramlı qüvvələrini “30 və ya 40 ildir müharibə aparmayan hansısa təsadüfi ölkədən 20 000 hərbçi” sözləri ilə dəyərləndirməsinə sərt reaksiya veriblər.
Sizinxəbər.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.
Bildirilib ki, Britaniya siyasətçiləri Vensin İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə yanaşı döyüşən Britaniya qoşunlarına açıq-aşkar hörmətsizlik etməsindən qəzəbləniblər.
“Britaniya və Fransa Əfqanıstana minlərlə hərbçi, o cümlədən mənim qardaşım və keçmiş və indiki bir çox parlament həmkarlarımı göndərməklə ABŞ-ın köməyinə gəldi. Belə xidmətə və fədakarlığa məhəl qoymamaq dərin hörmətsizlikdir”, - Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic deyib.
Baş nazir Starmerin rəsmi nümayəndəsi isə bildirib ki, bütün ölkə, Birləşmiş Ştatlar da daxil olmaqla, müttəfiqləri ilə birlikdə İraq və Əfqanıstanda xidmət edən, döyüşən və həlak olan hərbçiləri ilə fəxr edir.
Qeyd edək ki, Vens “Foks Nyus”a müsahibəsində təklif olunan mineral sövdələşmənin Birləşmiş Ştatlara Ukraynada iqtisadi maraq yaradacağı və beləliklə, 30 və ya 40 il ərzində müharibə aparmayan bəzi təsadüfi ölkədən gələn 20.000 əsgərdən daha yaxşı təhlükəsizlik zəmanəti olacağını bildirib.
Oxşar xəbərlər
KİV: Britaniya münaqişə vəziyyətində öz səmasını qoruya bilməyəcək
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır
Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır
Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
"ABB Energi İndustries": Enerji sektorunda avtonomluğun qiymətləndirilməsi üçün vahid yanaşma yoxdur
