ABŞ quru əməliyyatına hazırlaşır? - Ağ Evdən açıqlama
sizinxeber.az xəbər saytı

ABŞ quru əməliyyatına hazırlaşır? - Ağ Evdən açıqlama


ABŞ-nin İrana qarşı hərbi əməliyyat planları hazırda ölkə ərazisinə quru qoşunlarının yeridilməsini nəzərdə tutmur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Bu, hazırkı planlara daxil deyil. Lakin prezident adından heç bir variantı istisna edə bilmərəm", - deyə o qeyd edib.

K.Livitt əlavə edib ki, ABŞ İranla aparılan danışıqlar zamanı Tehrana mülki nüvə proqramını dəstəkləmək üçün pulsuz nüvə yanacağı təqdim etməyi və atom energetikası sahəsində birgə layihələrə investisiya yatırmağı təklif edib. Bundan başqa, Vaşinqton sanksiyaların ləğvini də müzakirə edib.

Ağ Evin mətbuat katibi onu da bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişədən sonra Vaşinqtonun İranla bağlı mümkün mövqeyini nəzərdən keçirir. Onun sözlərinə görə, Tramp bu məsələni məsləhətçiləri və milli təhlükəsizlik komandası ilə müzakirə edir.

Livitt qeyd edib ki, prezident hazırda əsas diqqətini "Epik qəzəb" adlı hərbi əməliyyatın tez və effektiv şəkildə uğurla başa çatdırılmasına yönəldib.

Oxşar xəbərlər

Ağ Ev: Tramp ikinci dərəcəli anti-Rusiya sanksiyalarını nəzərdən keçirir
Ağ Ev: Tramp İranla dialoqa hazırdır
ABŞ Rusiya ilə Ukrayna üçün məqbul təhlükəsizlik təminatlarını müzakirə edəcək
Ağ Ev: ABŞ İranla təmasları davam etdirir və razılaşmaya ümid edir
Tramp NATO-nun baş katibi ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər