Ağ Ev: Tramp ikinci dərəcəli anti-Rusiya sanksiyalarını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar paketini tətbiq etməyi düşünür.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Düşünürəm ki, hər şey nəzərdən keçirilir. Prezidenti hər hansı öhdəlik və ya qərar qəbulunda qabaqlamaq istəmirəm, lakin bu, şübhəsiz ki, onun nəzərdən keçirdiyi və müzakirə etdiyi bir şeydir”, - Livitt Trampın daha əvvəl haqqında danışdığı ikinci dərəcəli sanksiyalar paketi ilə bağlı suala cavab verərkən deyib.
O vurğulayıb ki, Tramp məqsədinin atəşkəsə nail olmaq və bu münaqişəyə son qoymaq olduğunu açıq şəkildə bildirib. “O, bu münaqişədə hər iki tərəfin hərəkətlərindən yorulub və məyus olub. Prezident və komandası keçmiş prezident Cozef Baydenin əvvəlki administrasiyasının zəifliyi səbəbindən yenidən başlanmış bu çox çətin müharibəni həll etmək üçün çox çalışıb”, - sözçü əlavə edib.
Ondan ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə Volodimir Zelenski arasında Romadakı görüşü şərh etməsi istənilib. “Başa düşdüyüm qədər, bu, yaxşı və məhsuldar görüş idi və biz vitse-prezidentə bu görüşü keçirdiyinə görə təşəkkür edirik”, - Livitt cavab verib.
Xatırladaq ki, ötən həftə İran və Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyü barədə suala cavab verərkən Tramp “hər zaman ikinci dərəcəli sanksiyaların mümkünlüyünü nəzərdən keçirirəm” deyə cavab vermişdi.
Oxşar xəbərlər
ABŞ Prezidenti Rusiya və İrana qarşı yeni sanksiyaları istisna etməyib
Ağ Ev Avropaya Ukrayna ilə bağlı çağırış edib
Tramp NATO-nun baş katibi ilə görüşəcək
Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır
İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
