Milli Müdafiə Universitetində zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılışı olub
Azərbaycanda ordu quruculuğu prosesi İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra uğurla davam etdirilir. Milli Müdafiə Universitetinin (MMU) yaradılması ilə bu prosesin elmi-nəzəri şəbəkəsi genişləndirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun Təlim-Tədris mərkəzində MMU-da zabit heyətinin təkmilləşdirmə kursunun 70-ci buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov MMU-nun fəaliyyətindən, hərbi tədris prosesindən, bu istiqamətdə həyata keçirilən yeniliklərdən, zabit heyətinin təkmilləşdirmə kurslarının ordu quruculuğunda səmərəsindən danışıb, məzun olanları kursu müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib.
Daha sonra kursu fərqlənmə ilə bitirən kapitan Müşfiq Rəhimli çıxış edərək belə kursların ordu quruculuğunda əhəmiyyətindən söz açıb, kursda əldə olunan yeni elmi biliklərin qoşunlarda döyüş hazırlığı prosesində uğurla tətbiq ediləcəyini bildirib.
Sonra kursu fərqlənmə ilə bitirənlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Yekunda zabitlərə sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.


width="220" alt="HHQ-də "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />