Aprel döyüşlərində şəhid olan hərbi pilotların xatirəsi yad edilib - VİDEO
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
İkinci Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin, Nizami rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, hər üç şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar.
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər şəhidlərimizin həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşləri, eləcə də 2020-ci ilin Vətən müharibəsi zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, qazanılan qələbələrdən, hərbçilərimizin əməliyyatlar zamanı döyüş meydanında göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən, işğal altında olmuş torpaqlarımızın azad edilməsindən, həmin ərazilərdə şanlı Azərbaycan bayrağının fəxarətlə dalğalanmasından danışıblar.
Vurğulanıb ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan igidlərimizin qəhrəmanlıqları hər zaman gənc nəslə örnək olacaq, onların xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.
Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər.
Sonda məktəblilər qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər.


width="220" alt="Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib" />
width="220" alt="Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />