Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşüb
Yanvarın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib.
Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi vurğulayıb.
Görüşdə hərbi, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi, eləcə də regional təhlükəsizlik məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
Zakir Həsənov Türkiyə generalını qəbul edib, birgə təlimlərin intensivliyinin artırılması müzakirə olunub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, regional təhlükəsizlik müzakirə olunub
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













