Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günü ilə əlaqədar Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri yanvarın 2-də onun məzarını ziyarət ediblər.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib.
Polad Həşimov döyüş bölgələrində Azərbaycanın müdafiəsi uğrunda ona həvalə edilən əmr və tapşırıqları layiqincə yerinə yetirərək "general-mayor" ali hərbi rütbəsinədək yüksəlib. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli sərəncamına əsasən Polad Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.
General-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonunun qarşısında yerləşən düşmənin hücum cəhdlərinin və təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Prezidentin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra general-mayor P.Həşimov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından milli qəhrəmanın məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.


width="220" alt="Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür" />
width="220" alt="Polad Həşimov şəhid olanda Xudayar dedi ki... - Şəhidimizin anası" />
width="220" alt="Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE" />
width="220" alt="Azərbaycanın Milli Qəhrəmanı İNFARKT KEÇİRİB" />
width="220" alt="Oğlu şəhid general Polad Həşimovun arzusunu GERÇƏKLƏŞDİRDİ - VİDEO" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />