901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib
sizinxeber.az xəbər saytı

901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib


901 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.

Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 nəfər hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.

Oxşar xəbərlər

Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər
Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək xəsarət alıb
Azərbaycan Ordusunda “Motoatıcı” və “Komando” ixtisasları üzrə qəbul aparılır - VİDEO
Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib
MN Tovuzda yol qəzasında ölənlərdən beşinin hərbçi olduğu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər