Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını zərərsizləşdirmə əməliyyatı icra olunub - FOTO
Dövlət Sərhəd Xidmətinin "Qazax" əlahiddə sərhəd diviziyasının Babəkər sərhəd zastavasının sərhədçiləri yaşıl sərhəd zonasında şərti sərhəd pozucularının yaxalanaraq zərərsizləşdirilməsi əməliyyatını icra ediblər.
APA xəbər verir ki, “Qazax” əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur iştirakçıları Qazax ərazisində yerləşən Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar. Jurnalistlər burada yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər.
Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.
Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavasının xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd sahəsinə düşür.
Oxşar xəbərlər
Bu il Gürcüstanla sərhədi pozmağa cəhd göstərən 60-dan çox sərhəd pozucusu saxlanılıb
"Şəmkir" sərhəd dəstəsi və "Qazax" əlahiddə sərhəd diviziyasına media-tur təşkil edilib - FOTO - YENİLƏNİB
"Şəmkir" sərhəd dəstəsinə mediatur təşkil edilib
Azərbaycan və Gürcüstan sərhədində şərti sərhəd pozucuları zərərsizləşdirilib
DSX-nin əsgəri vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












