Azərbaycan Ordusunun hərbi qulluqçusu Naxçıvanda dəfn olunub - YENİLƏNİB
Azərbaycan Ordusunun bu gün vəfat edən hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!
Oxşar xəbərlər
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək tutmasından vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
Azərbaycan Ordusunun hərbi qulluqçusu ürəktutmasından vəfat edib
DSX-nin əsgəri vəfat edib
Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











