DSX generalı: Sahil Mühafizəsi peşəkarlığın artırılması istiqamətində daim çalışır
sizinxeber.az xəbər saytı

DSX generalı: Sahil Mühafizəsi peşəkarlığın artırılması istiqamətində daim çalışır


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi peşəkarlığın artırılması istiqamətində daima çalışır.

Bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə deyib.

O, bildirib ki, müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda təkmilləşdirici kurslarda iştirak edirlər: “Bu istiqamətdə olan və iştirak etdiyimiz sonuncu kurs Türkiyədə olub. Qazanılan biliklər DSX-nin Sahil Mühafizəsində xidmət zamanı tətbiq edilir. Bununla yanaşı, dənizçi sərhədçilər təlim bazasında da kurs keçirlər. Onların peşakar olması daim bizim diqqət mərkəzimizdədir. Döyüş planına əsasən, döyüş hazırlığı istiqamətində olan məşğələlərdən əldə olunan nəticələr, DSX-nin Sahil Mühafizəsinin mühafizəsində müasir texnikaların tətbiqi davamlı olaraq yüksək səviyyədə yerinə yetirilir”.

O qeyd edib ki, artıq sərhədyanı ərazilər müasirləşərək kameralar vasitəsilə izlənilir: “Sərhədyanı ərazilərdə müşahidə məntəqələri var. Radarlar, uzaq məsafəni kameralar vasitələri ilə nəzarətdə saxlamaq mümkündür. Əldə edilən məlumatlar təhlil edilir”.

Oxşar xəbərlər

DSX-nin Sahil Mühafizəsinə media-tur təşkil edib, gəmilər açıq dənizdə manevr edib - FOTO
Xəzərdə İran vətəndaşı qayıqla sərhədi keçməyə cəhd edib, atəş açılıb - VİDEO
Xəzərdə sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşı saxlanılıb - VİDEO
Xəzərdə 330 min manatlıq aksiz markasız tütün məmulatının ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO - VİDEO
Xaçmazda sahildən 205 kq narkotik aşkarlanıb, 3 nəfər saxlanılıb - FOTO - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər