Xaçmazda sahildən 205 kq narkotik aşkarlanıb, 3 nəfər saxlanılıb - FOTO - VİDEO
Oktyabr ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşidli narkotik vasitə və 13110 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilərək götürülmüşdür.
Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana uçuş aparatı ilə narkotik keçirməyə cəhd olunub - FOTO
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 7 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
