Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təliminin açılışı olub
sizinxeber.az xəbər saytı

Azərbaycan-Özbəkistan birgə komanda-qərargah təliminin açılışı olub


"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub.

Sizinxeber.az MN-ə istinadən xəbər verir ki, açılış mərasimində hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbiri açıq elan edən general-mayor Vüqar Əliverdiyev iştirakçıları və qonaqları salamlayıb.
Bildirilib ki, bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.
Qeyd olunub ki, "Məharət-2024" təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

Oxşar xəbərlər

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
Azərbaycan-Qazaxıstan birgə təliminin açılış mərasimi keçirilib
Azərbaycanın da iştirak etdiyi “ETERNITY 2024” komanda qərargah təlimi başlayıb - VİDEO
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimi başlayıb
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle